!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də yaşayan azərbaycanlılar Nensi Pelosiyə qarşı kampaniyaya başladılar

!Reklam – Yazi

Amerika Azərbaycanlılar Şəbəkəsi (U.S. Azeris Network – USAN) ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı Azərbaycanın ünvanına səsləndirdiyi yolverilməz və əsassız bəyanatlara etiraz məqsədilə məktub kampaniyasına başlayıb.

Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məktubda bildirilib ki, xırda maraqlar güdən erməni qruplarının xahişi ilə İrəvana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ermənipərəst konqresmenlər Ceki Speyer, Anna Eşu və Frenk Pellone də qoşulub: “Aydındır ki, ABŞ-da aralıq seçkilərinə bir ay qalmış Amerikadakı erməni icmasının dəstəyini qazanmaq üçün xanım Pelosi var gücü ilə mübarizə aparır. Kədərlidir ki, o, bunu etinasızlıqla, ABŞ-ın münaqişə ilə bağlı bəyan etdiyi siyasətə tamamilə məhəl qoymadan və mövcud vəziyyətdən heç bir xəbəri olmadan edir”.

USAN soydaşlarımızı məktub kampaniyasına qoşularaq, spiker Pelosinin ölkəmizin ünvanına səsləndirdiyi əsassız ittihamlara qarşı etiraz səsini ucaltmağa, seçkilər ərəfəsində Demokratlar Partiyasının da bu mövqeyi bölüşüb-bölüşmədiyini tələb etməyə çağırıb: “Seçici kimi sizin bunu bilməyə və tələb etməyə haqqınız var”.

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv