!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dəki seçkilərin müharibəyə təsiri – Geosiyasi şərtlər dəyişə bilər

!Reklam – Yazi

“Əgər namizəd Donald Tramp qalibiyyət əldə edərsə, Ukrayna məsələsi ilə bağlı geosiyasi müstəvidə müxtəlif gedişlər müşahidə olunacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiyanın Kurskda uğurlu əks-hücum əməliyyatları və Qərbin Kiyevdən xəbərsiz sülh planı hazırlaması fonunda Ukraynanın gözdən çıxarılması ehtimalından danışan politoloq Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Ukraynanın məğlub, yaxud qalib olması mahiyyət etibarilə əhəmiyyətsizdir.
“Əsas vacib məsələ Ukrayna cəbhəsinin mövcudluğunun uzun müddət saxlanılmasıdır. Şərq-Qərb cəbhəsi üçün əlverişli sahə bura olduğu üçün yaxın perspektivdə müharibənin bitəcəyi ilə bağlı gözlənti yoxdur. Lakin proseslərin gedişatında müəyyən fərqli ssenarilərin şahidi ola bilərik”, – deyə o qeyd edib.

Poitoloq əlavə edib ki, ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrindən asılı olaraq, işlər dəyişə bilər.

“Əgər namizəd Donald Tramp qalibiyyət əldə edərsə, Ukrayna məsələsi ilə bağlı geosiyasi müstəvidə müxtəlif gedişlər müşahidə olunacaq. Hər kəsə bəlli olduğu kimi, onun planı Rusiya nəzarətə götürdüyü ərazilər əlində qalmaq şərti ilə sülh müqaviləsinin gerçəkləşdirilməsidir. Ancaq Kamala Harris hakimiyyətə gələrsə, müharibənin davam edəcəyi açıq-aydın ortadadır”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv