Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ demokratiyası böhran içindədir - Tillerson

ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson prezident Donald Trampın yürütdüyü siyasəti tənqid edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tillerson bunları söyləyib: “Amerika demokratiyasının hazırkı vəziyyəti barədə düşünərkən, etika və ləyaqətliliyin artmaqda olan böhran içində olduğunu müşahidə edirəm. Liderlərimiz həqiqəti gizlətməyə çalışırlarsa və biz, xalq olaraq, faktlara əsaslanmayan alternativ reallığı qəbul etməyə başlayacağıqsa, onda hamımız, Amerika vətəndaşı olaraq, öz azadlığımızdan imtina yolu ilə gedirik”.

Tillerson 2017-ci ilin fevralından 2018-ci ilin martınadək dövlət katibi vəzifəsində çalışıb və prezident Tramp tərəfindən istefaya göndərilib.

www.yenicag.az

893
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS