!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Çinə çip ixracı qadağası qoyuldu

!Reklam – Yazi

ABŞ-nin ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı, məşhur “GeForce” brendinin sahibi “Nvidia” şirkəti süni intellekt tədqiqatlarında ən çox istifadə edilən iki növ çipin Çinə ixracını dayandırmağı tapşırıb.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, qadağa “Nvidia”nın süni intellekt tətbiqlərini sürətləndirən “A100” və onun ən bacarıqlı çipi olan “H100″ü əhatə edir.

Ekspertlər bu qərarın Çin şirkətləri tərəfindən həyata keçirilən görüntü və ya üz tanıma kimi fəaliyyətlərini pozacağını və “Nvidia”nın Çindəki iş həcminin kiçilə biləcəyini söyləyirlər.

ABŞ Ticarət Nazirliyi Çinə çip ixracını hansı kriteriyalara görə qadağan etdiyini açıqlamayıb. Lakin “Nvidia” şirkətinin açıqlamasında yeni qaydanın “alınan məhsulların Çində hərbi məqsədlər üçün istifadə edilməsi riskini aradan qaldırdığını” bildirib.

Gülşən

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv