ABŞ-dən növbəti sülh açıqlaması

ABŞ Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirmıyib.

Yenicga.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Biz heç vaxt razılaşmanı COP29 ilə əlaqələndirməmişik. Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalandığını bir neçə ay əvvəl gprmək istəyirdik və sülh sazişinin imzalanmasına çalışırdıq. Sonunda sazişin imzalanacağına ümid edirik. Amma bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır”, – deyə o bildirib./Trend/