!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Rusiyaya çağırış: "Zaporojye AES-yə tam nəzarəti Ukraynaya qaytarın"

!Reklam – Yazi

ABŞ Rusiyanı Zaporojye AES-ə tam nəzarəti Ukrayna hakimiyyətinə qaytarmağa çağırır və Vaşinqton bu məsələdə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə işləmək niyyətindədir. 

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

O, qeyd edib ki, Amerika tərəfi stansiyada “vəziyyəti yaxından izləməyə davam edir”: “Atom elektrik stansiyaları yaxınlığında hərbi əməliyyatların aparılması təhlükəlidir. Biz Rusiyanı Ukraynanın nüvə obyektlərində və ya yaxınlığındakı bütün hərbi əməliyyatları dayandırmağa və həmin obyektlərə tam nəzarəti Ukraynaya qaytarmağa çağırmağa davam edirik. Biz MAQATE-nin texniki təminat mandatına kömək etmək üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcəyik. Ukrayna öz nüvə obyektlərində təhlükəsizliyin təmin edilməsi məsələsindədir”.

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv