!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən Rusiyaya qarşı yeni HƏMLƏ: Regiona minlərlə hərbçi göndəriləcək

!Reklam – Yazi

Pentaqon Polşa və Rumıniyaya əlavə bir neçə min hərbçi göndərməyə hazırlaşır. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ NATO-nun Rusiya ilə həmsərhəd ölkələrində yerləşdirdiyi hərbi kontingentin sayını artırır.

Məlumata görə, ABŞ prezidenti Co Bayden Almaniya və Polşaya 2 min əsgər göndərmək planını dəstəkləyib. Bundan başqa, ABŞ-nin Almaniyadakı hərbi kontingentindən 1000 əsgərin Rumıniyaya göndərilməsi qərara alınıb.

Qeyd olunur ki, hərbçilərin adları çəkilən ölkələrə göndərilməsi yaxın günlərdə gerçəkləşəcək.

Digər informasiyaya əsasən, zəruri halda Avropaya göndərilməsi nəzərdə tutulan 8,5 min hərbçidən başqa daha bir neçə min əsgər səfərə hazır vəziyyətə gətirilib.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv