!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən ŞOK VAKSİN QƏRARI: 3-cü dozanın vurulması qərarı rədd edildi

!Reklam – Yazi

ABŞ Qida və Dərman İdarəsi (FDA) 16-65 yaş aralığında olan vətəndaşlara “BionTech” koronavirus əleyhinə vaksininin vurulması haqqında qərarı rədd edib.

Yenicag.az xəbər verir ki, FDA tərəfindən keçirilən paneldə “Pfizer”in 3-cü dozasının 16 yaşdan yuxarı hər kəsə vurulması müzakirə edilib. Keçirilən səsvermədə iştirak edən 18 nəfərdən 16-sı sözügedən qərarın əleyhinə səs verib.

Qeyd edilir ki, bu qərarın hüquqi tərəfi olmasa da, ABŞ prezidenti Co Baydenin sentyabrın 20-dən etibarən həyata keçirməyi planlaşdırdığı əlavə dozaların vurulması prosesini çətinləşdirəcək.

Bayden ötən ay sentyabrın 20-dən COVID-19 əleyhinə vaksinin 3-cü dozasının vurulmağa başlanacağını açıqlamışdı.

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv