ABŞ-dən Türkiyəyə təklif: S-400-ləri Ukraynaya verin, F-35 proqramına geri dönün – İDDİA

ABŞ-nin Türkiyəyə S-400 raket komplekslərini Ukraynaya verməyi təklif etdiyi bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu barədə məsələ mart ayının əvvəlində Türkiyəyə gələn ABŞ rəsmi nümayəndələri tərəfindən qaldırılıb.

Nümayəndələr Palatasının üzvü Ted Liyeu isə bunun Türkiyənin F-35 proqramına dönməsi üçün bir şans olduğunu qeyd edib.