!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ “dərin dövlət”inin MƏĞLUBİYYƏTİ: “Yanvara qədər öldürülməsə...”

!Reklam – Yazi

“Tramp beynəlxalq hüququn pozulması üzrə dünya çempionudur”.

Bu sözləri ABŞ prezident seçkilərində Donald Trampın qalib gəlməsini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O, Donald Trampın ABŞ-nin 47-ci prezidenti seçilməsi ilə bağlı fikirlərini bölüşüb.

Analitikin sözlərinə görə, Trampın prezident seçilməsi heç nəyi dəyişməyəcək:

“Trampın prezident seçilməsi bir çox mütəxəssislər üçün gözlənilməz oldu. Bunun mənası odur ki, ABŞ demokratiyası işləyir, xalqın səsi nəzərə alınır. 2020-ci ildə Trampı “dərin dövlət” devirmişdi, lakin onun yenidən prezident seçilməməsi üçün hər cür addım atılmışdı. Hətta ABŞ-də vətəndaş müharibəsi həddinə gələcək hadisələr də baş vermişdi. Sonradan onu öldürmək, həbs etmək üçün addımlar atılmışdı. Tramp “dərin dövlət”ə qalib gələ bildi”.

Z. Əlizadənin dediyinə görə, Tramp birinci dəfə də prezident olanda ABŞ bütün münaqişələrdə fəal iştirak edirdi:

“Beynəlxalq hüququn pozulmasında Tramp dünya çempionudur. Beynəlxalq hüquqda belə bir müddəa var ki, hansısa dövlət bir ərazini qeyri-qanuni işğal edibsə və beynəlxalq hüquq onun ilhaqını qadağan edirsə, onu tanımaq yasaqdır. Tramp İsrailin Qüdsü tam işğal etməsini və paytaxt etməsini, Qollan təpələrinin ilhaq edilməsini tanıdı. Heç bir sübut olmadan Suriyanı kimyəvi silah işlətməkdə günahlandırıb ona zərbələr endirdi, Suriya ərazinə ABŞ ordusunu saldı. “Tramp təcavüzkar müharibələr başlamayıb” fikri boş söhbətdir. Faktlar göstərir ki, Tramp dönəmində də ABŞ-nin təcavüzkar siyasəti davam edib”.

O, həmçinin əlavə edib ki, D Trampın prezident seçilməsi İrana yaxşı heç nə vəd etmir:

“İsrailin məqsədi ona müqavimət göstərən İrana diz çökdürməkdir. Bayden bu yöndə tərəddüd edirdi, ancaq Tramp tərəddüd etməyəcək. Çalışacaq ki, İran diz çökdürsün. ABŞ-nin özünün ciddi iqtisadi problemləri var. Tramp onu çözməyə çalışacaq. Əgər 20 yanvara qədər onu öldürməsələr, miqrantlarla bağlı problemə həll etməyə çalışacaq, Meksika ilə sərhəddə divar ucaldacaq və qanunsuz gəlmiş miqrantların qovulmasını həyata keçirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv