Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ diplomatik missiyası Karakası tərk etdi

ABŞ-ın Venesueladakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəliyi tərk ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə şənbə günü Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bildiririk ki, ötən gün, yanvarın 25-də, ABŞ-ın Karakasdakı diplomatik nümayəndəliyinin heyəti qoyulan müddətə müvafiq olaraq geri çağırılıb”, – deyə məlumatda qeyd olunub.

Həmçinin əlavə edilib ki, Venesuelanın Vaşinqtondakı səfirliyinin əməkdaşları şənbə günü öz ölkələrinə qayıtmağa başlayıblar.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb./Report/

www.yenicag.az

3326
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM