ABŞ Dövlət Departamenti “Politico” nəşrini təkzib etdi

ABŞ Dövlət Departamenti “Politico” nəşrini təkzib edib.

Yenicag.az xəbər verir ki, “Politico” nəşrində işıq üzü görən məqalədə qeyd edilib ki, guya dövlət katibi Entoni Blinken amerikalı konqresmenlərlə görüşdə Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib ki, “Politico” nəşrində işıq üzü görən məqalə yanlışdır və Antonii Blinkenin konqresmenlərlə danışığını əks etdirmir./Trend/

COP29