ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək

ABŞ Dövlət Departamentinin nümayəndəsi 6-13 iyun tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsindən bildirilib.

Məlumata əsasən, dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 6-dan 13-dək Tbilisi, Bakı və Yerevana səfər edəcək.