ABŞ dövlət katibi İsrailə getdi

ABŞ dövlət katibi Entoni Blinken yanvarın 30-da İsrailə səfər edib.

Yenicag.az xəbər verir ki, ABŞ dövlət katibi Yerusəlimdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Daha sonra yəhudi dövlətinin Prezidenti İsxak Hersoqla da danışıqlar nəzərdə tutulub: “Bu görüşlərin əsas mövzusunun Fələstin-İsrail münaqişəsinin həlli yollarının tapılması olacağı gözlənilir”.