ABŞ Dövlət katibinin köməkçisi vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdü

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Reeker bəzi vətəndaş cəmiyəti nümayəndələri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova öz facebook səhifəsində paylaşım edib:

“Bu gün vətəndaş cəmiyyətinin nümayəndələri Rəsul Cəfarov, Anar Məmmədli ilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Reekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Maraqlı müzakirə üçün dostlara və nümayəndə heyətinə təşəkkür edirəm.”