ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə sürpriz zəngi və sülh müqaviləsini mümkün qədər tez bağlanması ilə bağlı təkidləri müzakirələrə səbəb olub.
Analitiklər hesab edirlər ki, Amerika Cənubi Qafqazdakı proseslərin son inkişaf istiqamətindən narahatdır və buna görə, dövlət katibi məsələyə müdaxilə etmək qərarına gəlib.
Yenicag.az-la söhbətində politoloq Sultan Zahidov da təsdiqləyib ki, son zamanlar ABŞ hər vəchlə Azərbaycan və Ermənistan arasında sülhün imzalanması istiqamətində təkidlər edir.
Onun sözlərinə görə, Blinkenin açıqlamalarından görünür ki, ABŞ ən qısa zamanda yekun sülh sazişinin imzalanmasını istəyir.
Ətraflı videonu təqdim edirik:
Rafi Müslümov
Samir Məcidov
Məsimə Məmmədova