!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ dünyanı soyur” – Məşhur amerikalı yazıçının etirafı

!Reklam – Yazi

55eb0fb0f018fbb8f8a8848f“Bir iqtisadi təxribatçının etirafları” kitabının yazarı Con Perkins dünyanı transmilli şirkətlərin idarə etdiyini, dövlət başçılarının da iri korporasiyaların dəstəyi ilə seçildiklərini deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yazar Con Perkins bu barədə Türkiyə Menecment Mərkəzinin (MCT) İtanbulda təşkil etdiyi 19-cu İnsan Resursları Zirvəsindəki çıxışında danışıb:

“ABŞ dünyanı soyur, dünyada yaşanan böhranları özü üçün fürsətə çevirir. Buna görə də qadın liderlərə ehtiyacımız var”.

Dərin böhran içində olan dünyanın “ölüm iqtisadiyyatı”ndan “yaşam iqtisadiyyatı”na keçməsinin vacibliyini vurğulayan C.Perkins bəşəriyyətin inqilabi dəyişiklik ərəfəsində olduğunu bildirib. Aqrar və sənaye inqilabından sonra daha təsirli bir şəkildə düşüncə inqilabının yaşandığı dövrə daxil olduğumuzu deyən C.Perkins fikirlərinə belə davam edib: “Dünya əhalisinin cəmi 5 faizi ABŞ-da yaşayır, ancaq dünyadakı təbii ehtiyatların 30 faizini istismar edir. ABŞ dünyanı soyur. Artıq bu “ölüm iqtisadiyyatı”ndan “yaşam iqtisadiyyatı”na keçməliyik”.

“İqtisadi təxribatçı” olduğu vaxtlarda inkişaf etməkdə olan ölkələri tədqiq etdiyini deyən C.Perkins bunları bildirib: “Bu ölkələrə göndərmək üçün Dünya Bankından kreditlər alıb istədiyimiz şirkətlərə verirdik. Həmin ölkələr bununla borc bataqlığına düşürdülər. Türkiyə də bu prosesləri yaşadı, böhran və devalvasiya ilə üzləşdi. Sonra özəlləşdirmə aparıldı və ölkənin ehtiyatları satıldı. Nəticə baxımından dünyanı böyük şirkətlər idarə edir. Dövlət başçıları böyük şirkətlərin dəstəyi olmadan seçilə bilməz”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “faiz lobbisi” ifadəsini xatırladan C.Perkins deyib: “Dünyada bu tip fəaliyyətləri həyata keçirən şəbəkələr var. Ancaq onların Türkidə fəaliyyətlərinin olub-olmadığını bilmirəm”.

“OCCUPY Wall Street” (Wall Street-i işğal et) hərəkatının ideoloji liderlərindən olan Çarlz Eyzenşteyn isə Sammitdəki çıxışında məlum “Gezi Parkı” və “Wall Street” aksiyalarının “Ağ yaxalıqlılar”ın üsyanı olduğunu bildirib. Böhrandan yalnız inqilabla çıxmağın mümkün olduğunu deyən Ç.Eyzenşteyn, “Bundan sonra daha çox Alış-Veriş Mərkəzləri və ekoloji soyqırımı istəmirik”, – deyib.

Yeniçağ.Az

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv