Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyadan enerji asılılığını azaltmaq üçün yeni yol arayışına girib.
Yenicag.az xəbər verir ki, ötən həftə ABŞ nümayəndə heyəti Venesuelaya səfər edib.
“New York Times”ın yazdığına görə, heyət Venesuela Prezidenti Nikolas Madura ilə görüşüb.
Toplantıda əsas müzakirə mövzusunun Venesueladan enerji təmin etmək olduğunu vurğulayan nəşr ilk iclasın nəticəsiz bitdiyini bildirib.
Heyətin təklifinə qarşı Maduronun tətbiq edilən sanksiyaların ləğv edilməsini və ya yumşaldılmasını istədiyi qeyd edilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən türkiyəli jurnalist Nedim Şənər bildirib ki, sözügedən irəliləyiş Amerikanın nə qədər prinsipsiz olduğunun göstəricisidir:
“Amerika bax belə prinsipsiz ölkədir! Dövlət başçısını diktator elan edər, sui-qəsd, çevriliş, iğtişaş, kukla müxalifət ilə devirməyə çalışar, Venesuela xalqını embarqo ilə aclığa məhkum edər, neft qiymətləri yüksəldiyi zaman da ayağına qədər gedib bazarlıq edər”.
Qeyd edək ki, ABŞ və bir sıra Avropa ölkələri Venesuelaya 2019-cu ildən ciddi sanksiyalar tətbiq edir. Bunun səbəbi isə Venesueladakı “demokratiya böhranı”dır.