Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ "ən böyük səhvi"ni düzəltməyə çalışır: "Ticarət savaşı" başlayacaq - Şok iddia

“Wall Street Journal” qəzeti bu il ABŞ və Çin arasında “ticarət savaşı”nın başlaya biləcəyini iddia edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur araşdırmaçı-jurnalist Andrey Braun yazdığı məqalədə Çinin 2017-ci ildə ticarət sahəsində rekord vurduğunu bildirib.

“1980-ci illərdə Yaponiya istehsalatı ilə ABŞ-ı ötüb keçirdi, lakin bu iki ölkə o vaxtlar müttəfiq idi. Buna görə də, yaranmış gərginlik sakitcə ötüb keçdi. Lakin hazırda ABŞ və Çin rəqibdir. Bu isə “qisasa qisas” prinsipini daha da şiddətləndirəcək”.

“Dünya iqtisadiyyatı buna hazır deyil”

Məqalənin davamında 2018-ci ildə böyük iqtisadi risklərin yaranacağı qeyd olunub:

“Şimali Koreyanın nüvə təhditləri, Çin və ABŞ arasında yaranacaq “ticarət savaşı” dünya iqtisadiyyatını alt-üst edəcək. Bu savaş dünya ölkələrinə təsirsiz ötüşməyəcək”.

Brauna görə, bütün bunlar Trampın 2018-ci ildə Çini sıradan çıxarmaq üçün planlaşdırdığı addımlar silsiləsi də ola bilər:

“Tramp 2001-ci ildə Çinə edilmiş yardımı ABŞ-ın “ən böyük səhvi” adlandırır. Ola bilsin ki, “Ağ Ev” lideri prosesləri daha da sürətləndirmək üçün gərginliyi bilərək artırır. Beləliklə, o atdığı addımlara haqq qazandıra və Çini sıradan çıxarmaq üçün istənilən üsula əl ata biləcək”.

www.yenicag.az

1057
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100