!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ erməni terrorçunu azadlığa buraxdı – Türkiyədən sərt etiraz

!Reklam – Yazi

15571055_1307775275969878_198334515_nTürkiyənin Xarici İşlər Nazirliyi 1982-ci il yanvarın 28-də ölkənin ABŞ-ın Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən terrorçu Hampiq Sasunyanın azadlığa buraxılmasına kəskin etirazını bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçu Hampiq Sasunyan Kaliforniyada ötən gün baş tutan məhkəmədə şərti azadlığa buraxılıb. Türkiyənin Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada ABŞ-a sərt etiraz bildirilib:

“Kaliforniya qubernatorunun təsdiqləməsi ilə icra olunacaq bu qərarı şiddətlə qınayır və rədd edirik. Ədalət prinsipi ilə deyil, yerli siyasi proseslər əsasında qəbul edilən bu qərar obyektiv olmadığı kimi, terrora qarşı mübarizədə də əməkdaşlıq ruhuna ziddir. Yol verilən bu səhvin icra olunmadan düzəldilməsi üçün ABŞ rəsmilərinin sözügedən addıma qarşı mövqe bildirmələrini və Sasunyanın azadlığa buraxılmasının qarşısının alınması haqlı gözləntimizdir.

Zamanında sübut edilib ki, Sasunyan Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı sadəcə, Türk olduğuna görə soyuqqanlılıqla qətlə yetirib. Sasunyan həbsdə olduğu müddətdə bu cinayətinə görə peşmanlığını bir dəfə də olsun dilə gətirməyib. Əksinə, onu terrora sürükləyən qəbulolunmaz ideologiyanı daim təbliğ edib”.

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv