ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli sülhün tapılmasında kömək etməyə hazırdır.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi dövlət katibinin köməkçisinin müavini Erika Olsonun İrəvana səfərinin yekununa dair bəyanatında bildirib.
Səfirlik bəyanatında qeyd edib ki, amerikalı diplomat keçirdiyi görüşlərdə ABŞ-ın Ermənistan və Azərbaycana gərginliyin azaldılmasına və uzunmüddətli, hərtərəfli sülhün tapılmasına kömək etməyə hazır olduğunu vurğulayıb.