“ABŞ indi Ermənistanı “anti-Rusiya tramplininə” çevirməyə çalışır”.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Telegram” kanalında məlumat verib.
“Ermənistan rəsmilərinin rəsmi bəyanatlarına əsaslansaq, indi ABŞ Ermənistanı “anti-Rusiya platformasına” çevirməyə çalışır. Azərbaycanın Rusiya ilə yaxşı münasibət göstərməsinə gəlincə, Azərbaycanın əsas müttəfiqinin Rusiya deyil, Türkiyə olduğunu nəzərə alsaq, buna çox da sevinməzdim. İndi Cənubi Qafqazın “anti-Rusiya tramplininə” çevrilməsi ilə bağlı bütün variantlar var. Bu, çox təhlükəlidir”, – deyə o bildirib.
Gürcüstana gəlincə, Zatulin qeyd edib ki, ABŞ-nin Gürcüstanı ağlabatan və ehtiyatlı kursdan zorakı anti-Rusiya xəttinə çevirmək istədiyinə şübhə yoxdur.
“Bunun üçün istənilən bəhanə istifadə olunur. “Xarici agentlər haqqında” qanun buna bir nümunədir”, – Zatulin deyib.
Rafi Müslümov