“Dövlətimiz hər zaman mənfi tendensiyanın yaranmasının əleyhinə olub”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın ABŞ tərəfindən hərbi dəstəyinə qarşı Azərbaycanın necə hazırlanmalı olduğu barədə danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, ABŞ və digər dövlətlər tərəfindən Ermənistana verilən silahların təyinatı eyni zamanda Azərbaycana qarşı yönəlib.
“Dövlətimiz hər zaman mənfi tendensiyanın yaranmasının əleyhinə olub. Bu səbəbdən sözügedən silahların miqyasını diqqətlə izləyir. Onların Azərbaycan əsgərinə qarşı təhdid yarada biləcək məsafəyə yaxınlaşdırılması ölkəmizin təsirli və effektiv tədbirlər görəcəyini labüd edir. Hazırda isə həmin silahlar Azərbaycan üçün ciddi təhdid yaratmır. Lakin istənilən vəziyyətə hazırlıqlı olmaq üçün proseslər diqqətlə izlənilir”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli