ABŞ: “Əsəd ailəsinin sonu çatıb”

ABŞ-ın xarici işlər naziri Reks Tillerson Suriya böhranı ilə əlaqədar sərt açıqlama verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir 6 ildir Suriyada davam edən vətəndaş müharibəsinin bitdiyini söyləyib:

“ABŞ Suriyanın torpaq bütövlüyünü dəstəkləyir və Suriyanın siyasi gələcəyində Bəşər Əsədin olmasını istəmir. Əsəd ailəsinin hökmranlığının axırı gəlib. Sadəcə, bunun nə vaxt olacağı qeyri-müəyyəndir.”

Tillerson həmçinin, müharibənin uzanmasında Rusiyanın günahkar olduğunu bildirib.

COP29