ABŞ Əsəd rejimini bombalamağa başladı – Son dəqiqə

ABŞ Əsədi bombalamağa başladı. Yeniçağ.az-a bu barədə məlumat verən bölgədəki jurnalistlərdən Furkan Azəri xəbər verir ki, hazırda ABŞ təyyarələri Bəşər Əsədin hərbi bazalarını bombalamağa başlayıb. 

Bu vaxta qədər Əsədə qarşı əməliyyatdan daha çox bölgədə İŞİD-ə qarşı bombardmanları ilə bilinən ABŞ hazırda Suriyadakı mövcud rejimin Humus şəhərindəki hərbi bazalarını vurur. ABŞ-ın Humusda yerləşən “Al-Şayrat” hərbi bazasını 50 “Tomahawk” və “Cruise” raketləri ilə vurduğu bildirilir.

Qeyd edək ki, Əsəd rejiminin son kimyəvi silahdan istifadəsindən sonra ABŞ prezidenti Trump artıq Suriyaya hərbi müdaxilənin qaçınılmaz olduğunu söyləmişdi. Bu gün isə Türkiyə prezidenti Ərdoğan Trumpun sözlərinin söz olaraq qalmayacağı təqdirdə, Türkiyənin bu əməliyyata dəstək verəcəyini bildirmişdi. Suriyanın əsas dayağı Rusiyadan isə Əsədi qorumağın ömürlük olmadığı açıqlanmışdı.

 

Yeniçağ.az

COP29