ABŞ Fələstinə 200 milyon ayırmaq fikrindən daşındı

ABŞ Fələstinə 200 milyon dollar dəyərində humanitar yardım ayırmaq niyyətindən daşınıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına istinadən AFP məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinə İordan çayının Qərb sahili və Qəzza zolağında iqtisadi və humanitar layihələr üçün ayrılmış 200 milyon dollardan çox vəsaiti digər məqsədlərə “yönəltmək” tapşırığı verib.

Qeyd olunub ki,Humanitar yardımın HƏMAS qruplaşmasının fəaliyyəti əleyhinə ayrılması nəzərdə tutulmuşdu.

COP29