Reklam

Reklam

Amerika hərbi gəmisi “Donald Cook” artıq Aralıq dənizindədir və Suriyanın Tartus şəhərinə 100 kilometr məsafəyə qədər yaxınlaşıb. Bu şəhərdə Rusiya hərbi dəniz bazası yerləşir.

Yenicag.az xəbər verir ki, təlaşa düşən Rusiya döyüş təyyarələri ən azı dörd dəfə ABŞ-ın hərbi-dəniz gəmisinin üzərində uçuşub.

Məlumat üçün bildirək ki, “Donald Cook” dünən Kipr limandanın çıxaraq, Suriya sahillərinə yollanıb. Gəmi 60 qanadlı “Tomahawk” raketinə malikdir.

Daha əvvəl Donald Tramp söz vermişdi ki, Vaşinqton iki gün ərzində Əsəd rejiminə qarşı ciddi zərbələrin endirilmısilə bağlı qərar qəbul edəcək.

Zaur H.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2566
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."