Reklam: High Technic
hightechnic

ABŞ gizli silahını Əfqanıstanda sınaqdan keçirdi - VİDEO

Amerikalı hərbçilər Əfqanıstanda rahat idarə oluna bilən, qeyri-adi manevr imkanlarına malik  döyüş sursatını tətbiq edib.

Yenicag.az bildirir ki, silahın mənşəyi ekspertlər üçün naməlum qalır. Mətbuata sızdırılan videoda qeyri-adi silahın inanılmaz manevrlərini ekspert Tayler Roqovey şərh edib.

“Videodan göründüyü kimi Əfqanıstanın Fərəh əyalətində terrorçuların gizlənməyə çalışdıqları obyektlər dəqiqliklə vurulur. Silahın qəribəliyi ondadır ki, ilk hədəfi vurduqdan sonra, silah istiqamətini sürətlə əks tərəfə döndərir və yeni hədəfi partladır”.

Roqovoy qeyd edir ki, bu, “Viper Strip GBU-44” ola bilərdi, ancaq o silah belə böyük qanadlara malik deyil. Həmçinin ağlasığmazdır ki, yeni döyüş sursatı yüksək dəqiqliklə idarə olunan “AGM-176 Griffin” raketləri olsun. Çünki onlar öz hərəkət istiqamətini o qədər kəskin dəyişməyə qadir deyil.

“Buna görə də, ola bilər ki, bizim bu videoda gördüyümüz silah tamamilə yeni bir şeydir”, – deyə hərbi eksper fikrini yekunlaşdırır.

Zaur H.

www.yenicag.az

1180