ABŞ mübahisəli “Xarici Təsirlərin Şəffaflığı Aktı”nın qəbulu və ölkənin anti-Qərb dönüşünə görə Gürcüstana yardıma yenidən baxa bilər.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, Gürcüstanda baş verən son hadisələri və hakimiyyətdə olan partiyanın siyasətçilərinin açıq-aşkar qeyri-dost bəyanatlarını nəzərə alaraq, ABŞ-ın Gürcüstanla münasibətləri necə davam etdirməyi planlaşdırdığını bildirib.
Sözçü deyib ki, o, cavab verməkdən çəkinəcək, çünki hazırda Dövlət Departamentində Gürcüstanla münasibətlərin yenidən müzakirəsi böyük siyasət dəyişiklikləri demək ola bilər:
“Söhbət, xüsusilə, Gürcüstana göstərdiyimiz yardımın həcmindən gedir. Son bir neçə ildə biz təxminən 390 milyon dollar büdcə ayırmışıq, indi bu məsələyə baxılır. Söhbət potensial sanksiyalardan, viza məhdudiyyətlərindən gedir, Bunu 2 həftə əvvəl elan etmişdik. İndi nə edəcəyimizi, necə və nə vaxt edəcəyimizi araşdırırıq”.
Xatırladaq: bir müddət əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Gürcüstana münasibətdə viza məhdudiyyətinin tətbiq ediləcəyini bəyan etmişdi.