ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi tikəcək.
Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levon İzoriya ilə ABŞ-ın briqada komandiri Antonio Aqustonun Almaniyadakı görüşündə razılıq əldə edilib.
Mərkəz ABŞ-ın Almaniyadakı bazasına oxşar şəkildə inşa ediləcək.
“Bu çox iddialı bir plandır və bu il həyata keçirmək niyyətindəyik”, – Gürcüstanın müdafiə naziri bildirib.
Yaxın vaxtlarda A.Aqustonun tikintinin detallarını müzakirə etmək üçün Gürcüstana səfəri gözlənilir.
Yeniçağ.Az