Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"ABŞ hazırda daxili problemlərin ağuşundadır" - Politoloq

Reklam: High Technic

“ABŞ və Rusiya arasında gərginliyin artması və qarşılıqlı ittihamların müşahidə olunması baş verərsə, bu ziddiyyətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə müəyyən mənada təsir edə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Postsovet məkanında Rusiya ilə ABŞ arasında geosiyasi mübarizənin təsirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.

İlyas Hüseynova görə, ABŞ-ın yeni müdafiə büdcəsində əks olunmuş əsas prioritetlər dünyadakı gərginliyi daha da artıracaq:

“ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi dövlətin müdafiə büdcəsi haqqındakı qanun layihəsində Birləşmiş Ştatların Rusiya və Çinlə strateji rəqabət aparmaq niyyətində olmasının vurğulandığını bildirir. Qanun layihəsinin Rusiya ilə bağlı hissəsi postsovet məkanındakı ölkələr üçün də böyük maraq doğurur. Sənəddə Rusiya ilə uzunmüddətli strateji rəqabət ABŞ-ın əsas müdafiə prioriteti olduğu bəyan olunur. Həmçinin Vaşinqtonun Rusiyanın Avropadakı siyasətinin qarşısını almaq iddiasında olması və Moskva ilə hərbi əməkdaşlığa qadağa qoyması bir daha təsdiqlənir.

Birləşmiş Ştatların birtərəfli addımları nəticəsində silahlar üzərində qlobal nəzarət sisteminin pozulmasını nəzərə alsaq, ABŞ-ın əsas götürdüyü prioritet dünyadakı təhlükəsizlik proseslərinə təsiri kəskin şəkildə artacaq”.

İlyas Hüseynov hesab edir ki, postsovet məkanında Rusiya ilə ABŞ arasında geosiyasi mübarizənin daha da kəskinləşməsi gözləniləndir:

“Bu mübarizənin daha çox keçmiş sosialist bloku ölkələrinin ərazisində baş verəcəyini ehtimal edirəm. “Soyuq müharibə”dən sonra keçmiş sosialist bloku ölkələrininə daxil olan ölkələrin demək olar ki, hamısı NATO-nun üzvü olsa da, Rusiyanın bu ölkələrlə münasibətləri bu gün də yüksək səviyyədədir. Buna görə də tez-tez Polşa ərazisində NATO-nun hərbi birləşmələrinin və ya yeni raketlərin yerləşdirilməsi Rusiya ilə ABŞ arasında qarşılıqlı ittihamlarla nəticələnir. Bunun cavabında isə Latın Amerikasında gərginliyin şahidi oluruq. Yəni təsir əks-təsirlə müşayiət olunur. Yeri gəlmişkən, Rusiyada yeni qəbul olunmuş hərbi doktrina iki tərəf arasında nüvə kontekstində gərginliyi bir qədər də artırıb. Bu baxımdan, ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi dövlətin müdafiə büdcəsi haqqındakı qanun layihəsində Birləşmiş Ştatların Rusiya ilə strateji rəqabət aparmaq niyyətində olması anlaşılandır.

Eyni fikirləri Çin haqqında da bildirə bilərik. Ötən ildən ABŞ ilə Çin arasında gedən “Ticarət müharibələri” bu gün yeni bir məcraya yönəlib. ABŞ Prezidenti Donald Tramp öz çıxışlarında “Çin virusu” söyləməklə Çini açıq şəkildə ittiham edir. Bununla yanaşı, ABŞ ərazisində davam edən gərginlik, ictimai asayişin pozulması, polisin tələbinin yerinə yetirilməməsi, kütləvi tabesizlik və digər neqativ hallar ABŞ-ı müdafiə qabiliyyətini artırmağa kifayət qədər əsas verir. Bu günə kimi üçüncü dövlətlərin ərazisində hərbi əməliyyatlar aparan ABŞ hazırda daxili problemlərin ağuşundadır”.

Mövcud gedişatın Azərbaycana təsirlərinə də toxunan İlyas Hüseynovun fikrincə, Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edə bilər:

“Bildiyimiz kimi, həm Rusiya, həm də ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlər dövlətləridir. Hər iki dövlət münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı kimi çıxış edir və bu məsələyə yekdil şəkildə fikir bildirir. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. İki dövlət arasında gərginliyin artması və qarşılıqlı ittihamların müşahidə olunması baş verərsə, bu ziddiyyətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə də müəyyən mənada təsir edə bilər. Lakin həmsədrlərin münaqişənin tənzimlənməsi ilə bağlı konkret təkliflər münaqişə tərəflərinə təqdim olunub, onun detalları ilə bağlı müzakirələr aparılır. Xüsusi qeyd etməliyəm ki, Ermənistan tərəfindən qeyri-konstruktiv mövqeyi səbəbindən nəticənin əldə olunması ilə bağlı problemlər yaşanır”.

www.yenicag.az

331
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100