!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ hegemoniyası və “dollar virusundan” xilas olmağın Ərdoğan formulu – ANALİZ

!Reklam – Yazi

15320285_834238870052751_1340879642_nƏrdoğan Türkiyəni təhdid edən “dollar təhlükəsindən” danışıb

Türkiyənin dövlət təhlükəsizliyini hədəf alan “FETÖ” teror qruplaşmasının arxasından Qərbin çıxmasından sonra Ankaranın öz köhnə müttəfiqləri ilə arası açıldı.

Ankaranın FETÖ lideri Fəthullah Gülənin ekstradisiyası haqda Vaşinqtona ünvanladığı tələblər müxtəlif bəhanələrlə rədd edildi və ABŞ hökuməti Pensilvaniyada yaşayan və buradan Türkiyəni dağıtmaq üçün fəaliyyətlərini sürdürən Gülənə dəstəyini davam etdirdi. Aparılan ikitərəfli danışıqlar və müzakirələr heç bir nəticə verməyincə, Türkiyənin daxilində FETÖ terror qruplaşmasının təxribatları və terror aktları atrınca, rəsmi Ankara NATO üzrə müttəfiqləri olan ölkərlə münasibətlərə yenidən baxmağa, Rusiya və Çin kimi geosiyasi oyunçularla əlaqələrini bərpa etməyə başladı.

15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhddən və FETÖ terror qruplaşmasının iflasından sonra Qərbin nüfuzlu reytinq agentlikləri, mətbu orqanları və iqtisadi analitikləri Türkiyənin kredit reytinqini, iqtisadi göstəricilərini aşağı salaraq prestijinə hər vəchlə zərbə vurmağa çalışdılar. Müxtəlif üsullarla Türkiyənin turizm sektorunun zəifləməsi üçün bu ölkənin əleyhinə böhtan və yalan xarakterli məlumatlar yayan Qərb mediası Ankaranı ABŞ və Avropadan daha da uzaqlaşdırdı. Son olaraq PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin rəhbərlərinin həbs edilməsi Avropa ilə Türkiyənin əlaqələrini ciddi şəkildə zədələdi. Avropanın siyasi rəhbərliyi Ankara ilə üzvlük istiqamətində aparılan bütün danışıqları və müzakirələri dondurdu. Hətta Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi belə gündəmə gətirildi. Bundan sonra isə Qərbin xüsusi xidmət orqanları və FETÖ-nün Türkiyə daxilindəki agenturası işə düşdü. Birja möhtəkirləri valyuta maxinasiyaları ilə milli valyuta lirənin kursunu aşağı saldılar. Qara bazar çiçəklənməyə, türk lirəsi etibardan düşməyə başladı. Vəziyyətin ciddiliyini anlayan Türkiyə rəhbərliyi başda prezident Ərdoğan olmaqla xalqı və iş adamlarını evlərində və hesablarında saxladıqları dollar və avroları milli pula dəyişməyə çağırdılar. Ərdoğan bütün çıxışlarında hər kəsi milli valyutaya inanmağa, etibar etməyə çağırdı. Çağrışdan sonra on minlərlə vətəndaş könüllü olaraq “yastıq altındakı” xarici valyutalarını lirəyə dəyişmək üçün valyutadəyişmə məntəqılərinə üz tutdular. Artıq 3,51 lirəni keçən dollar bundan sonra sabir qaldı.

Xatırladırıq ki, keçən il Azərbaycan iqtisadiyyatını vuran devalvasiyadan sonra hökumət ölkədən dollar çıxarmağa gətirdiyi qadağaları bir az da sərtləşdirmiş, və hətta həmin ərəfədə ölkədən xarici valyuta aparan banklar və iş adamları buna görə cəzalandırılmışdılar. Hazırda Türkiyədə ordunun, polisin, ədliyyə sisteminin və təhsil sisteminin daxilində kök salmış FETÖ-çülərdən təmizlənmnəsi prosesi uğirla davam etsə də, hələlik iş dünyası, iri biznesin və bank sektorunun daxilindəki FETÖ özəyi qalmaqdadır. Hazırda dolların və avronun qiymətlərinin süni şəkildə qaldırılmasında rolu olanların fəaliyyəti ciddi surətdə araşdırılır.

Məsələ ilə əlaqədar olaraq Türkiyə prezidenti bütün çıxışlarında xarici valyutaları süni şəkildə bahalaşdıraraq ölkəni çökdürməyi planlayanların niyyətinin baş tutmayacağını bəyan edərək dünyanın “dollar virusundan” qurtulmasının ən gözəl formulunu verdi. Ərdoğan bəyan etdi ki, xarici ticarət dövriyyəsinin Rusiya, Çin və İranla hətaya keçirilən hissəsində işlək valyuta olaraq rus rublundan, türk lirəsindən, Çin yuanından və İran rialından istifadə etmək barədə onun verdiyi təklifi Çin, Rusiya və İran rəhbərlikləri dəstəkləyiblər. Hər üç dövlətin iqtisadi gücünü və mal dövriyyəsini nəzərə aldıqda isə, söhbətin hansı məbləğdən getdiyini təsəvvür etmək o qədər də çətin olmaz. Artıq Ərdoğanın bu bəyanatı Qərbin siyasi və biznes dairələrini ciddi şəkildə narahat etməyə başlayıb. Çünki Amerikaya və onun dünya üzərindəki hegiminiyasının əleyhinə tarixdə heç bir dünya ölkəsinin lideri bu qədər cəsarətli şəkildə çıxış etməmişdi. Son dəfə dollrdan imtina etmə və onu əvəz edə biləcək yeni valyuta “qızıl dinar” ideyasını Liviyanın prezidenti Muammər Qəddafi etmişdi. Onun bu çıxışından bir neçı ay sonra Liviyada inqilab baş verdi və sonrakı prossesləri bütün dünya gördü.

P.S. Amma Türkiyə Liviya kimi bir bədəvi ölkəsi deyil və bu dövlət müharibələrin yandırıb yaxdığı bölgədə öz xalqı ilə ən ağır sınaqlardan keçmiş bir dövlətdir. Nə dollarla möhtəkirlik, nə də daxildəki xainlərin əli ilə həyata keçirilən amansız terror müharibəsi türk xalqının və onun qəhrəman liderinin əzmini sındıra bilməyəcək.

Yeniçağ.Az

www.yenicag.az

794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv