ABŞ-ın Aralıq dənizində olan hərbi gəmiləri Suriyanı hər an vura bilər.
Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Rusiyanın Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov deyib.
Qurum rəsmisinin sözlərinə görə, ABŞ gəmiləri xeyli sayda “Tomahawk” tipli raketlər daşıyır. ABŞ bu raketlərlə hər an Suriyanı hədəf ala bilər.
ABŞ-a aid gəmilərin 25 avqust tarixində Aralıq dənizinə gətirildiyini bildirən Konaşenkov onu da qeyd edib ki, həmin raketlər Suriyanın istənilən nöqtəsini vura biləcək istiqamətlərdə yerləşdirilib.
Konaşenkov onu da bildirib ki, ABŞ-a aid başqa hərbi gəmilər də Bəsrə körfəzinə yaxınlaşır.