ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.
Yenicag.az xəbər verir ki, “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyü barədə məlumat yayıb.
İŞİD liderinin öldürülməsi əməliyyatı Pentaqonun Xüsusi Əməliyyatlar üzrə Birgə Komandanlığı tərəfindən etibarlı məlumatlar toplandıqdan sonra həyata keçirilib.