ABŞ hökümətinin Venezuellada çevrilişə hazırlaşdığı iddia olunub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu iddia ilə Venezuella prezidenti Nikolas Maduro çıxış edib. Sonuncu seçkilərdə 68% səs toplayan Maduro ABŞ-ın “Bolivar inqilabı”nı məhv etmək istədiyini bildirib.
Beləliklə, iki ölkə arasındakı gərginlik daha da artıb.
Qeyd edək ki, ABŞ höküməti seçkilərin qeyri-demokratik keçirildiyini iddia edir. Bu iddia isə iki ölkə arasında diplomatik böhrana səbəb olub.