ABŞ Hərbi Dəniz Qüvvələrinin komandiri evində ölü tapıldı – Bəhreyndə

ABŞ-ın Bəhreyndə yerləşən 5. Hərbi Dəniz Qüvvələri komandiri vitse-admiral Skot Sterniy evində ölü tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Donanmasının rəsmi Twitter hesabında məlumat verilib.

Məlumata əsasən, vitse-admiralın ölüm xəbərini Donanma mərkəzinə ABŞ-ın Yaxın Şərqdəki dəniz qüvvələrindən cavabdeh şəxs- Admiral Con Riçardson yollayıb.

Admiral Riçardson hadisə ilə bağlı başqa açıqlama verməyib.

Hələki hər hansı sui-qəsd etimalının olmadığını qeyd edən admiral, bəhreynli səlahiyyətli şəxslərlə araşdırma apardıqlarını vurğulayıb.