ABŞ bütün hərbi qüvvələrini Suriyadan çıxarmağı planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Məlumata görə, rəsmi Vaşinqton müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxracağı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, ABŞ-ın Suriyada 2 minə yaxın hərbi kontingentinin olduğu bildirilir.