Birləşmiş Ştatlar hökumətinin öz fəaliyyətini 3 həftə müddətinə tam bərpa etməsi haqda qərar verilib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, bununla da ABŞ tarixində ən uzun müddətə (35 gün) davam etmiş “şatdaun” (hökumətin öz fəaliyyətini dayandırması) hələlik başa çatıb.
Hökumətin öz fəaliyyətini dayandırmasının səbəbi isə demokratların nəzarətində olan Nümayəndələr Palatasının dövlət büdcəsini hələ də təsdiq etməməsi ilə bağlıdır.
Bununla belə qeyd olunur ki, hökumətin fəaliyyəti bərpa olunsa da, Konqres Trampın Meksika ilə sərhəddə divar tikmək ideyasını maliyyələşdirmək niyyətində deyil.
Prezident Donald Tramp isə həmin divarın tikintisi üçün tələb olunan 5,7 milyard dolların ayrılmayacağı təqdirdə, büdcə layihəsini təsdiqləməyəcəyini bəyan etmişdi.
“Şatdaun” haqda danışan Trampın sözlərinə görə, Konqreslə əldə olunmuş razılığıa əsasən, hökumətin fevralın 15-nə qədər olan fəaliyyəti üçün maliyyə ayrılıb