Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

Reklam: Sinerji Pro

318c4cb6-c95f-4bec-87d0-342769622386ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı yaydığı bəyənatında bildirilir. Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı qeyd olunub.

“Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa buraxılıb. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.

www.yenicag.az

444