ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu

ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, insident yerli vaxtla saat 05:00 radələrində baş verib,

Belə ki,  Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyinə atəş yolun kənarında dayanan naməlum ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Atəş açan şəxslər hadisə yerindən qaça bilib.