!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın Azərbaycana ayırdığı maliyyə yardımını artırmasının arxasında hansı məqsəd gizlənir?

!Reklam – Yazi

15356929_835379723271999_723090196_nABŞ Dövlət Departamenti 2017-ci il büdcəsində Azərbaycana yardımların artırılmasını təklif edir. Gələn il Azərbaycana ayrılacaq maliyyə dəstəyinin 2016-cı ilə nisbətən təxminən 3 milyon dollar artırılması nəzərdə tutulur. Belə ki, 2016-cı il büdcəsində ABŞ Azərbaycana yardım üçün 10.08 milyon dollar ayırmışdı, gələn il isə bu vəsait 12.94 milyon dollara yaxın nəzərdə tutulur. Dövlət Departamenti elan edir ki, maliyyə dəstəyinin artırılmasında məqsədlərdən biri Azərbaycanı Rusiyanın təzyiq və təsirinə qarşı gücləndirməkdir.

Bu, Obama administrasiyasının Azərbaycana sonuncu təzyiq vasitəsidir?

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən politoloq Elşən Manafov deyir ki, ilk növbədə ABŞ Dövlət Departamenti tərəfindən Azərbayacana ayrılmış yardımın mahiyyətinə və maliyyə ayrılacaq sahələrə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, bu maliyyə yardımı birbaşa Azərbaycan dövlətinə ayrılmayıb: “Daha çox QHT-lər xətti ilə ayrılıan yardımlardır. ABŞ-ın MDB məkanında qeyri-hökumət təşkilatlarına ayırdığı yardımın arxasında bir çox hallarda geosiyasi inqilablar həyata keçirmək istəyi durur. MDB-də baş vermiş inqilabların təcrübəsi göstərir ki, Birləşmiş Ştatlar məhz onun sifarişlərini həyata keçirən qüvvələrə sözügedən yardımı göstərməklə bu şəkildə iqtidara təzyiq edərək Amerikanın maraqları baxımından razılığa gəlmək istəyir. Digər tərəfdən ölkədəki sabitliyi pozmaq və idarə olunan xaos nəzəriyyəsinin tətbiqi üçün şərait yaratmağa çalışır. ABŞ-ın belə yardımları çox olub. Təəssüflər olsun ki, Birləşmiş Ştatlar Azərbaycan dövlətinin başı üzərindən humanitar yardım adı altında qondarma “Dağlıq Qarabağ rejiminə” də yardımlar göstərirlər. Heç şübhəsiz ki, Rusiyanın Azərbaycanda təsir imkanlarını zəiflətmək məqsədilə də belə yardımlar ayrıla bilər. Güman edirəm ki, bu yardımların ilk növbədə hansı təşkilatlara ayrılması ətrafında məsələlərə aydınlıq gətirmək lazım olacaq.

Tramp seçkiqabağı kampaniyasının gedişində, xüsusilə Rusiyanın təsir dairəsində olan münaqişələrin rəsmi Moskva ilə əməkdaşlıq kontekstində həll ediləcəyi ilə bağlı vədlər vermişdi. Prezidentliyə namizəd Trampla, prezident seçildikdən sonra daha konkret siyasi kurs həyata keçirəcək şəxs bir-birindən fərqlənir. Dövlət Departamentinin indi ayırdığı yardımı Tramp administrasiyasının ayırdığı yardım kimi də qiymətləndirmək olmaz. Çünki hələ ki hakimiyyətdə respublikaçılar deyil, demokratlardır. Xatırlayırsınızsa, bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “5-ci kalon” fəallaşmışdır. İndi ayrılan yardıma Obama administrasiyasının Azərbaycana qarşı yürütdüyü siyasətin davamı kimi baxıram. Bilirsiniz ki, Obama administrasiyası Azərbaycan hökumətinə insan hüquqlarının pozulması, mətbuata təzyiqlər və sair bu kimi ittiham səsləndirib. Hesab edirəm ki, bu maliyyə yardımı Obama administrasiyasının Azərbaycan dövlətinə və hakimiyyətinə sonuncu təzyiq vasitəsidir və ölkədəki sabitliyi pozmağa atılan addım kimi də dəyərləndirmək olar.

ABŞ-ın ayırdığı bu yardımlar xeyirxah xarakterlidir

Politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ Dövlət Departamentinin ayırdığı maliyyə yardımı heç də hansısa rəngli inqilabların dəstəklənməsinə hesablanmayıb: “Çünki bundan sonra ABŞ hakimiyyətində Tramp olacaq və o da bəyan edib ki, Amerika bundan sonra rəngli inqilablardan və dövlətlərin siyasi rəhbərliyinə təzyiq siyasətindən imtina edəcək. Dövlət Departamenti tərəfindən Azərbaycana ayrılan yardımın da arxasında hər hansı niyyətin olduğunu hesab etmirəm. Ona görə ki, bundan əvvəl də Obama administrasiyası qeyd etmişdir ki, Amerikanın əsas məqsədi Avropadakı müttəfiqlərinin enerji mənbəyi olan Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumaqdır. Həmçinin Dövlət Departamenti bu maliyyə yardımı ilə bağlı verdiyi açıqlamada dövlətin daxili işlərinə qarışmaq niyyəti olmadığını bəyan edib. Bir müddət əvvəl ABŞ tərəfindən verilən bu açıqlama indi özünü doğrultmağa başlayıb. Ayrılan məbləğ Azərbaycan üçün böyük məbləğ olmasa da böyük bir jestdir. Bu eyni zamanda Azərbaycanla ABŞ arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir. Həmçinin Amerika Azərbaycanı bölgənin ən güclü dövləti kimi qəbul edir, ən başlıcası isə Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı başa düşür və onu qəbul edir. Yəni ABŞ-ın ayırdığı bu yardımlar xeyirxah xarakterlidir və bu, Azərbaycanın siyasi əhəmiyyətinin artmasına diqqət kimi dəyərləndirilməlidir”.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv