ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib. Səfirlik ABŞ vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb:
“Yaxın Şərqdə gərginlik artır. Bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”.
Amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilib.
Bundan əlavə, fövqəladə vəziyyətdə ABŞ səfirliyinin və ABŞ Dövlət Departamentinin telefonlarına zəng etmək tövsiyə olunur.