!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın bombaladığı hərbi bazanın görüntüləri - Video

!Reklam – Yazi

ABŞ-ın 50 “Tomahawk” raketi ilə darmadağın etdiyi Suriyanın Şayrat aviabazasının görüntüləri yayılıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, dağıdılmış Şayrat aviabazasının xarabalıqlarını əks etdirən foto və videomateriallar ilk olaraq sosial şəbəkələrə sızıb.

Rusiya dövlət televiziyası isə aviabazanın bombardmandan sonra düşdüyü vəziyəti əks etdirən görüntüləri yayıb. Telekanalın məlumatına görə, bombardman zamanı 9 hərbi təyyarə sıradan çıxıb, 6 hərbçi həlak olub.
Suriyanın cənubundakı Şayrat şəhəri yaxınlığında yerləşən həmin aviabazada 1 Mig-23 və 2 Su-22 hərbi təyyarələrindən ibarət 3 eskadrilya (ümumilikdə 30 təyyarə) fəaliyyət göstərirdi.

Yeniçağ.Az

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv