!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın bu şəhəri yer üzündən silinə bilər - Milyonlarla insanı gözləyən təhlükə

!Reklam – Yazi

ABŞ-ın ən böyük şəhərlərindən biri olan Los-Ancelesdə yaxın bir neçə ildə Rixter şkalası üzrə 7-8 bal gücündə zəlzələ olacağı gözlənilir.

Yenicag.az bildirir ki, bu barədə amerikalı geoloqları həyəcan təbili çalır.

ABŞ-ın Geoloji xidmətinin məruzəsində göstərilir ki, ABŞ-ın Qərb sahilindəki Xeyvord parçalanması çox güclü zəlzələ ehtimalını artırır.

Şəhər sıxlığını nəzərə alaraq, gözlənilən zəlzələnin cəmi 1-ci dəqiqəsində ən azı 800 insan ölə və 18 mini isə yaralana bilər.

Güclü zəlzələnin törədə biləcəyi fəsadları nəzərə alaraq, geoloqlar bunu hətta “tektonik bomba” adlandırırlar. Onlar hökumətə, baş verə biləcək fəlakətin nəticələrini təcili minimuma endirmələri üçün xəbərdarlıq ediblər.

Eyni zamanda alimlər bildiriblər ki, Los-Anceles daxil olmaqla, Palo-Alto, Oklend, Riçmond və San-Fransisko şəhərləri də fəlakət zonasına daxildir.

Zaur H.

www.yenicag.az

5062
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv