ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “Kidd” esminesinin ekipajının 18 üzvü koronavirusa yoluxub.
Hərbi gəmi ABŞ-ın Sakit okeanının şərqində apardığı anti-narkotik əməliyyatında iştirak edir. Esminesin göyərtəsində 330 nəfər ekipaj üzvü olub.
Gəminin limana dönməsi gözlənilir. Koronavirus infeksiyası diaqnozu qoyulan esminesin ilk hərbçisi artıq San-Antonio (Texas) şəhərinə çatdırılıb və xəstəxanaya yerləşdirilib.