ABŞ-ın dövlət borcu bir il ərzində 1,2 trilyon dollar artıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, borc 21,516 trilyon dollara çatıb.
Qeyd edək ki, 2017 maliyyə ilinin sonuncu günündə ABŞ-ın dövlət borcu 20,245 trilyon dollar təşkil edirdi.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın 8 il prezidentlik dövründə ABŞ-ın dövlət borcu 9 trilyon dollar artaraq 20 trilyon dollara çatmışdı.