ABŞ-ın Fars körfəzindəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ-ın Fars körfəzindəki qüvvələri İranla münasibətlərdə gərginliyin artması, ordu və avadanlıqların ümumi hazırlığı ilə bağlı narahatlıqlarla əlaqədar pisləşməsi səbəbindən “ən yüksək hazırlıq vəziyyətinə” gətirilib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyindəki mənbə bildirib.

Qeyd edək ki, İran yanvarın 29-da öz istehsalı olan ballistik raketi uğurla sınaqdan keçirib. ABŞ ballistik raketlərin sınağını kəskin pisləyərək, bunun BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu qeyd edib.

Həmçinin, xatırladaq ABŞ-ın yeni prezidenti D.Tramp İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair əldə olunmuş sazişə qarşı çıxış edir.

Yeniçağ.Az

COP29