Havay adaları ərazisində RIMPAC adlı beynəlxalq təlimlər zamanı ABŞ hərbçiləri və onların müttəfiqləri “USS Racine” desant gəmisinə raket zərbələri endirib.
Yenicag.az bildirir ki, istifadə müddəti bitmiş gəmi ABŞ-ın Hərbi Dəniz Qüvvələrlərinin balansından çıxardılıb.
Təlimlərin ssenarisinə görə, gəmi yedəklənərək müəyyən yerə gətirilib və hədəfə atəş açılıb.
Qeyd edək ki, zərbələrdən sonra gəmidə dəlik açılıb və o alovlanıb. Lakin uzun müddət suyun üzərində qala bilib.
Zaur H.