!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın hərbi sirləri üçün risk: Rusiyanın əli “çatacaqmı?”

!Reklam – Yazi

Birləşmiş Ştatların hərbi sirlərinin qorunması üçün ilginc layihə təklif edən şirkətin əlaqələri ciddi narahatlıq doğurub.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın hərbi sirlərinin etibarlı şəkildə qorunmasına iddialı olan şirkətin Rusiyalı oliqarx, adı müxtəlif sanksiyalara daxil edilmiş Viktor Vekselberqin firması ilə sıx əməkdaşlığı üzə çıxıb.

Qeyd olunur ki, Amazon Web Services (AWS) şirkəti ABŞ-ın hərbi sirlərinin, hətta nüvə silahlarının kodlarını buludlarda mühafizə etməyi nəzərdə tutan layihə təklif edib. Ancaq hazırda əsas müzakirələr şirkətin bu işi necə həyata keçirəcəyi yox, onun əməkdaşlıq etdiyi biznes dairələri ilə bağlıdır.

Amerika mediasının əldə etdiyi məlumata görə, Web Services (AWS) şirkəti Rusiyalı oliqarx, ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısına daxil edilmiş iş adamı Viktor Vekselberqin yaxın əlaqədə olduğu C5 Capital investisiya şirkəti ilə sıx əməkdaşlıq edir.

Bu məqam sözügedən layihənin Amazon Web Services (AWS) şirkətinə həvalə olunacağı təqdirdə, Rusiyanın ABŞ hərbi sirlərini öyrənmək imkanlarının artıracağı barədə şübhələrə səbəb olub.

Lakin C5 Capital şirkəti haqqında danışılan layihəyə heç bir aidiyyatının olmadığını bəyan edərək, adı ətrafında yaranmış mənfi fikirləri aradan qaldırmağa çalışıb.

www.yenicag.az

1502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv