ABŞ-ın İraqdakı aviabazasına daha bir raket atıldı

İraqın Səlahəddin vilayətində amerikalı əsgərlərin olduğu “Bələd” hərbi aviabazasının yaxınlığına raket atılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İraqın “Al Sumaria” telekanalı məlumat yayıb.

Məlumatda bildirib ki, raketin hansı istiqamətdən atıldığı məlum deyil.

Raket atəşi nəticəsində zərər çəkən olmayıb.

Qeyd edək ki, ABŞ-ın İraqdakı “Bələd” hərbi aviabazası yanvarın 4-də də raket atəşinə tutulub.